10 il axtardı, atasını Facebook-da tapdı - VİDEO - FOTO

10 il axtardı, atasını Facebook-da tapdı - VİDEO - FOTO

31 yaşlı Mişel Ken illərdən bəri aradığı atasını, nəhayət ki, tapıb. O, 57 yaşlı Qreq Hiksi tapdığına görə özünü dünyanın ən bəxtəvər adamı sayır.

7News.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın Nyu-York şəhərində yaşayan Mişel 1986-cı ilin oktyabrında doğulub. Doğuşdan cəmi 6 saat sonra anası ondan imtina etmişdi.

Körpə Mişeli illərdən bəri övlad həsrəti çəkən cütlük - Coel Ken və Coan Ken övladlığa götürdülər.

Patoloqoanatom Coan Ken indi 68, nüvə fiziki Coel Ken isə 71 yaşdadır.

Onlar 10 il əvvəl Mişelə həqiqəti deyiblər, ata-anasının başqa adamlar olduqlarını söyləyiblər.

Mişel də valideynlərini aramağa başlayıb.

Analığı Coanın yardımı ilə Mişel gerçək anasını, 54 yaşlı Diananı 2009-cu ildə tapdı. Diana da ağladı, qızından üzr istədi, "23 yaşım vardı, övlad saxlayıb böyütməyə imkanım və gücüm yoxdu" söylədi, Mişelin atasının adını yaddan çıxardığını söylədi.

2015-ci ildə Mişel sevgilisi, 31 yaşlı Den Millerlə ailə quranda toya Diananı da çağırmışdı.

Toydan sonra Mişel atasının axtarışlarına başladı.

 

O, xüsusi profilli saytlara DNT nümunələrini yolladı, daha sonra Facebook-dan yararlandı.

Beləcə o, Facebook-da 57 yaşlı Qreq Hiqsi tapdı. Mişelin fikrincə, Qreq onun atası idi.

Qreq də DNT analizləri verdi və nümunələr Mişelin DNT nümunələri ilə tam üst-üstə düşdü.

Mişel Ken atası Qreqlə ABŞ-ın Kaliforniya ştatındakı Orinc şəhərinin aeroportunda qarşılaşıb.

"Atam məni görəndə qaçmağa başladı. Beton səddin üzərinə atıldı. Onda anladım ki, o, atamdır: başqa insan bu istəklə, şövqlə mənə doğru qaça bilməzdi", - Mişel Ken söyləyib.

Mişel indi qardaşı Ostini də tanıyıb: "Həyatım boyu arzu etmişdim ki, bacım və ya qardaşım olsun. Arzuma çatdım".

7News.Az

10 il axtardı, atasını Facebook-da tapdı - VİDEO - FOTO


10 il axtardı, atasını Facebook-da tapdı - VÄ°DEO - FOTO10 il axtardı, atasını Facebook-da tapdı

Xəbər lenti