11 yaşlı qızın faciəvi sonu: Saçları alışdı, diri-diri yandı - FOTO

11 yaşlı qızın faciəvi sonu: Saçları alışdı, diri-diri yandı - FOTO
Aydında dəhşətli hadisə baş verib. 

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 11 yaşlı Yasəmin.Y eyvanda süpürgənin başı ilə oynayan zaman anidən yaxınlıqdan keçən elektrik xəttinə toxunub. Nəticədə qızın saçları yanmağa başlayıb. Saçlarından başlayan yanğın qısa müddət ərzində 11 yaşlı qızın bütün bədənini bürüyüb.

Qızının saçının yandığını görən ana Haticə.Y yanğını söndürmək istəyərkən əlləri yanıb. 

Ana və qızı xəstəxanaya qaldırılsa da 11 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.

11 yaşlı qızın faciəvi sonu: Saçları alışdı, diri-diri yandı - FOTO
 

7News.Az

Xəbər lenti