15 nəfərlik SUİ-QƏSD QRUPU: Türkiyə izlərinə düşdü - FOTO

15 nəfərlik SUİ-QƏSD QRUPU: Türkiyə izlərinə düşdü - FOTO

Səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxmasında iştirak edən 15 nəfərlik kəşfiyyat qrupu müəyyən edilib.

7News.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, onların İstanbul Atatürk hava limanındakı görüntüləri əldə olunub.

Mətbuat Ər-Riyaddan iki ayrı təyyarə ilə İstanbula gələrək geri qayıdan şəxslərin fotolarını dərc edib.

Qeyd edək ki, itkin düşən səudiyyəli jurnalistin ailə qurmaq üçün lazım olan sənədlərə görə oktyabrın 2-də getdiyi konsulluq binasından bir daha çıxmadığı bildirilir. Bu barədə məlumatı Ankara Polis İdarəsi də təsdiqləyib. Onun konsulluqda öldürüldüyü və cəsədinin oradan çıxarıldığı iddia olunur.

Ölkəsindəki hakimiyyətə müxalif olan jurnalistin yoxa çıxmasında hadisədən 3 gün əvvəl BBC-yə verdiyi müsahibəsinin səbəb olduğu bildirilir.

Jurnalist yoxa çıxdığı gündən - oktyabrın 2-dən 3 gün əvvəl Londonda keçirilən bir konfransda verdiyi müsahibəsində ölkəsində həbs olunanların müxalif belə olmadığını bildirmişdi.

"Səudiyyə Ərəbistanında böyük bir dəyişiklik yaşanır. Bu, daha əvvəl heç görmədiyimiz bir şeydir. Tənqidi fikirlərlə çıxış edən jurnalistlər həbs olunur. Həbs olunanlar müxalif belə deyil. Bu hadisələr insanları qorxudur. Bir çox dostum səbəbsiz həbs olunub. Buna görə də Səudiyyə Ərəbistanına dönmürəm. Mən yalnız bir jurnalistəm. Danışmaq və yazmaq azadlığına sahib bir jurnalistəm. "Vaşinqton Post” qəzeti mənə bir meydan verdi və orada öz düşüncələrimi azad şəkildə yazıram. Kaş ki, bu fürsət mənə öz ölkəmdə verilsəydi”, - o vurğulayıb.


7News.Az

Xəbər lenti