16 yaşlı oğlan "Bura bizim məkanımızdır" deyərək günahsız gənci öldürdü - FOTO

16 yaşlı oğlan
16 yaşlı oğlan "Bura bizim məkanımızdır" deyərək günahsız gənci qanına qəltan edib.

7News.Az Türkiyə KİV-lərinə istinadən bildirir ki, hadisə Adana şəhərində baş verib.

Belə ki, Adanada 16 yaşlı oğlan parkda şəkil çəkdirmək istəyən gənci öldürüb.
Qatil gəncə "Bura bizim məkanımızdır, burada şəkil çəkdirə bilməzsən" deyərək oğlanı bıçaqlayaraq öldürüb, dostunu isə yaralayıb. 

Hadisədən 3 gün sonra polis təxminən 100 təhlükəsizlik kamerasını araşdıraraq cinayətdə şübhəli bilinən 16 yaşlı iki yeniyətməni həbs edib.

7News.Az
16 yaşlı oğlan

 


Xəbər lenti