18 yaşlı qadın dörd aylıq körpəsinin gözləri önündə öldürüldü: "Şeytana uydum..." - FOTO

18 yaşlı qadın dörd aylıq körpəsinin gözləri önündə öldürüldü:
18 yaşlı qadın əmisi tərəfindən 4 aylıq körpəsinin gözləri qarşısında 11 yerindən bıçaqlanıb. 

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı Dima Ashalemin qardaşı onu ziyarət etmək üçün evinə gedən zaman bacısının yerdə qanlar içində yatdığı görüb. Bu zaman Valid Ashalem bacısının həyat yoldaşı Məhəmməd Qasıma zəng edir. Kürəkənlərinə zəng çatmadığını görən Valid Ashalem əmisi Bakrı Ashalem zəng vuraraq bacısının öldürüldüyünü söyləyib.
Hadisə yerinə gələn polis və təcili tibbi yardım əməkdaşları 18 yaşlı qadının öldüyünü bildirib. 

Araşdırmalar zamanı qadını öldürənin elə əmisi Bakrı Ashalem olduğu ortaya çıxıb. 
Polislər tərəfindən saxlanılan əmi məhkəməyə çıxarılıb. 

Bakrı Ashalem məhkəmdəki ifadəsində bildirib ki, şeytana uyub: " Hadisənin necə olduğunu xatırlamıram. Gözüm dönmüşdü. Polislər gəlib məni aparanda nə olduğunu anlamırdım. Onlar mənə hadisəni danışanda nə baş verdiyini anladım. Qardaşım qızını öldürdüyüm üçün çox peşmanam”. 

18 yaşlı qadın dörd aylıq körpəsinin gözləri önündə öldürüldü:
 

7News.Az

Xəbər lenti