19 il Almaniyada yaşayan azərbaycanlı ailə deportasiya edildi - Saxta sənəd

19 il Almaniyada yaşayan azərbaycanlı ailə deportasiya edildi - Saxta sənəd

Almaniyanın Düsseldorf şəhərində 19 il yaşayan ailə Azərbaycana göndərilib.

 

Bu barədə məlumatı "LEGAT” hüquq firması yayıb. Xəbərə görə, həmin ailə Almaniyada fərqli adla qeydiyyatdan keçib: "19 il fasiləsiz olaraq Almaniyada fərqli adla (səhv anket məlumatları ilə) yaşayan bir ailə Almaniyadan inzibati qaydada çıxarılmaqla Azərbaycan Respublikasına göndərildi. Təbii ki, qəbul olunan qərar tam qanuni və əsaslıdır. Vəkilinin cəhdlərinə və müxtəlif səlahiyyətli orqanlara çoxsaylı müraciətlərinə baxmayaraq o ailəyə yardım etmək mümkün olmadı”.


Qeyd edək ki, başqa ölkələr gedən azərbaycanlılarının bir hissəsi saxta sənədlər təqdim etməklə siyasi sığınacaq alırlar. /bakupost.az

Xəbər lenti