2 il ərzində öz qızlarını zorladı - Dəhşətli cinayətin üstü açıldı

2 il ərzində öz qızlarını zorladı - Dəhşətli cinayətin üstü açıldı
Türkiyənin Aydın şəhərində şok olay yaşanıb.

7news.Az xəbər verir ki, Koçarlı rayonunda 45 yaşlı İsmail E. iki azyaşlı qızını 2 il ərzində zorlayıb.
 

Qızlardan birinin 13, digərinin isə 15 yaşı var.

Cinayətin üstünü qohumlar açıb. Belə ki, qızların hərəkətlərindən şübhələnən qohumlar onlarla söhbət etdikdən sonra məsələyə aydınlıq gəlib.

Bundan sonra dərhal polisə məlumat verilib. Məhkəmədə barəsində həbs qərarı çıxarılan "ata” dəmir barmaqlıqlar arxasına göndərilib. Qızlar isə dövlət qorunmasına alınıb.
 
7news.Az

Xəbər lenti