2 manata ev satılır - FOTOLAR

2 manata ev satılır - FOTOLAR
İtaliyanın gözəl kəndlərindən birində ev sahibi olmağı nə zamansa arzulayıbsınız? Cavab müsbətdirsə, onda bu məlumat sizin üçündür.

Sarodiniy adasındakı Ollolay kommunası evləri satışa çıxarıb.

Barbaca adlı dağlıq regionda yerləşən, dağ kəndi olan Ollolayda evlərin hər biri 1 avrodan satılır.

Kənddəki 240 daş ev pis vəziyyətdədir. Bu səbəbdən də kənd kommunasının potensial alıcılar qarşısında şərtləri var.

Həmin evlərdən birini alan şəxs 3 il ərzində tikilini mütləq təmir etməlidir. Təmir isə orta hesabla 25 min avroya başa gələcək.

Kənddə evlərin 1 avroya satılmasının səbəbi "ölü məkan"a çevrilməkdə olan kommunanı xilas etməkdir. Son 50 ildə Ollolayın sakinlərinin sayı 2250 nəfərdən 1300 nəfərədək azalıb. Kənddə hər il cəmi bir neçə uşaq doğulur.

"Qədim ənənələrimiz, tariximiz, köklərimizlə fəxr edirik. Bu səbəbdən də mənim səlib yürüşüm unikal ənənələrimizi məhv olmaqdan qorumaqdır", - Ollolayın meri Efisio Arbau deyib.

Barbacanın sabiq paytaxtı Ollolay kəndi "Casu Fiore Sardo" adlı qoyun pendiri və toxunma zənbilləri ilə məşhurdur./milli

7News.Az
2 manata ev satılır - FOTOLAR
2 manata ev satılır - FOTOLAR
2 manata ev satılır - FOTOLAR
2 manata ev satılır - FOTOLAR
2 manata ev satılır - FOTOLAR

Xəbər lenti