"20-30 yaşlı qadınlara üstünlük verirəm" - Bu adada qocaların sağlamlığının sirri nədir? - FOTO

"Hə, haqqımızda yazın ki, bəs bu adada qocalar eşqə düşüb. Bəli, biz belə yaşayırıq. Həytaımızdan da çox razıyıq".

Georgios Stenosun 88 yaşı var. Yaşına rəğmən, gümrahdır. Bədəni də əzələli.

7News.Az milli.az-a istinadən bildirir ki, cavanlığında yüngül atlet olduğunu söyləyən Stenos bir neçə dəfə çempion titulunu da qazandığını söyləyir.

O, Yunanıstanın İkariya adasında, kiçik Kristos Raşes kəndində arvadı Ceyn Frayerlə birlikdə yaşayır. Səhər obaşdan durur, 60 arı pətəyinə baş çəkir, sonra üzüm tənəklərinə qulluq edir, bağda işləyir.

Egey dənizinin sahilindəki kənddə yaşayan Georgiusun sözlərinə görə, gənc qadınlarla rəqs etməyi çox sevir.

"20-30 yaşlı qadınlara üstünlük verirəm. Gözəl qadın masa üzərindəki çiçək dəstəsi kimidir. Onlarsız yaşamaq mümkün deyil", - qoca, amma çox gümrah, nikbin Georgios söyləyir.

4 övladı, 2 nəvəsi olan 88 yaşlı Georgiosun bu yaxınlarda nəticəsi dünyaya gəlməlidir.

O, 10 min nəfər əhalisi olan İkariyanın "adi adamı" olduğunu deyir.

Ada isə gerçəkdən də, unikaldır.

Səbəb İkariya sakinləri arasında uzunömürlülərin rekord sayda olmasıdır. Çoxsaylı elmi araşdırmalar İkariyanı dünyadakı 5 "mavi bölgə"dən biri olduğunu göstərib.

"Mavi bölgə"lər uzunömürlülərin çox olduğu, yaşam sürəsinin uzunluğunun orta statistik göstəricilərdən artıqlığının qeydə alındığı yerlərdir.

Yakovos Sardis və arvadı Mariya isə İkariyanın şimalında, Nas kəndində yaşayırlar.

Onlar da yaşlarına rəğmən, özlərini əla hiss etdiklərini söyləyirlər.

İkariyadakı qocalar işləyir, bağlarında çalışır, ev heyvanlarına qulluq edir, rasionlarında göyərtiyə və süd məhsullarına çox yerir verir, ev şərabı içir, əylənirlər.

Alimlərin dediklərinə görə, onların sağlamlılığının və gümrahlılığının əsas sirri zeytun yağıdır. İkariyadakı qocaların illik rasionunda ən azı 302 litr heytun yağı var.

Aristofus Qeoliusun 95 yaşı var və dediyinə görə, gənc qadınları görəndə vəcdə gəlir.

İkariya adasındakı 65-100 yaşlı kişilərin 89 faizi aktiv cinsi həyat yaşayır.

Ada sakinlərinin dediklərinə görə, bunun üçün normal, sakit yaşamaq gərəkdir.

İkariyalı qocalar xəbərlərə az baxır, mobil telefonun köləsi kimi həyat sürmürlər.

Onlar səhər istədikləri zaman durur, sonra normal qidalanır və işləyirlər.

Axşamlar da tezdən yatmırlar, gecə saat 1-2-dək danışır, söhbətləşirlər.

Qocalar zeytun yağı ilə yanaşı, şərab və qəhvəni də çox sevirlər.

Ən başlıcası isə bu qocalar qeybəti, dedi-qodunu, paxıllığı sevmirlər.

Kəndlərlə qarşılıqlı yardım da güclüdür. Məsələn, 72 yaşlı doktor Elias Leyriadisin dediyinə görə, ötən ay qocalardan biri xəstəxanaya getməli, əməliyyat olunmalıydı. Qonşu kəndlərə xəbər çatanda camaat pul yığıb və gərəkli 17 min avro toplanıb.
 

7News.Az

Xəbər lenti