20 Yanvar şəhidləri anıldı

20 Yanvar şəhidləri anıldı
Pirallahı rayonu statusuna görə gənc olmağına baxmayaraq, artıq hər il keçirdiyi tədbirləriylə diqqət mərkəzinə düşüb.
Azərbaycan Koşiki Karate Federasiyasının və Pirallahı YAP Gənclər Birliyinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş idman tədbiri keçirildi. Tədbirin təşkilatçılarından olan YAP GB-nin üzvü Bilal Bəşirovun açılış nitqini söyləməsindən sonra dövlət himni səsləndi. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin yüksək səviyyədə təşkil olunmasında əməyi olan qara kəmər ustası, beynəlxalq dərəcəli hakim Nazim Mövsümzadə bütün idmançıların yarışa hazır olduqlarını qeyd etdi. Daha sonra çıxış edənlər - Koşiki Karate-Do Federasiyasının prezidenti Berzigiyarov Talıb və Pirallahı YAP GB-nin sədri Vahid Həşimli 20 Yanvar hadisələriylə bağlı maarifləndirici məlumatlar verdilər. Ölkə başçısının idmana göstərdiyi diqqət və qayğını xüsusi qeyd edən fəxri qonaqlar, belə tədbirlərin hər yerdə və yüksək səviyyədə keçiriləmli olduqlarını qeyd etdilər. Daha sonra tatami üzərinə çıxan idmançılar qüvvələrini sınadılar. Yüksək səviyyədə keçirilən döyüşlərin sonunda qaliblər diplom və kuboklarla təltif olundu.
Onu da qeyd edək belə idman tədbirləri Pirallahı rayonunda adət halını alıb. Bu səbəbdən sakinlərin də Koşiki Karate-Do idman növünə marağı artıb. Artıq hər bir ailə övladının məhz bu idman növüylə məşğul olmasını və Nazim Mövsümzadənin tələbəsi olmağından məmnunluq duyur. Qısa müddətdə bu idman növünü bu qədər sevdirdiyinə və ölkəmizin ən ağrılı günlərində belə tədbirlər təşkil etdiyinə görə federasiyanın prezidenti Talıb Berzigiyarova və Nazim Mövsümzadəyə bütün idmançılar adından təşəkkür edirik.
 
 
7News.Az

Xəbər lenti