Ərdoğanın olduğu mehmanxanaya hücum edənlərin 3-ü tutuldu

Ərdoğanın olduğu mehmanxanaya hücum edənlərin 3-ü tutuldu

Türkiyə polisi hərbi çevrilişə cəhd zamanı prezident Rəcəb Tayyib Ərdoğanın olduğu mehmanxanaya hücum etmiş Silahlı Qüvvələrin xüsusi təyinatlı hərbçilərinin saxlanılması üçün əməliyyat aparır.

7News.az-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, üç xüsusi təyinatlı saxlanılıb.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Nəticədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb./trend

7News.az

Xəbər lenti