Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi

Bu gün Xalq Artisti, Lənkəran Dram Teatrının aktrisası Böyükxanım Əliyeva 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) yerləşdirilib.

Bu barədə məlumatı Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov Facebook hesabında yazıb. 

O bildirib ki, səhər saatlarında xəstəxanaya gətirilən aktrisaya ağ ciyər və ürək çatışmazlığı diaqnozu qoyulub.

Məsələ ilə bağlı 1 saylı klinik xəstəxananın reanimasiya şöbəsi ilə əlaqə saxladıq. Şöbədən verilən məlumata görə, Xalq artistinin vəziyyəti stabildir:

"Hazırda reanimasiya şöbəsindədir və həkim nəzarəti altındadır. Vəziyyəti hələ ki stabildir. Daha ətraflı məlumatı sabah verə biləcəyi”

Qeyd edək ki, Böyükxanım Əliyeva Cəfər Cabbarlının "Aydın” pyesindəki "Gültəkin” və digər rolları ilə tamaşaçıların rəğbətini qazanıb./oxu

7News.Az

Xəbər lenti