Bakcell növbəti dəfə “SociallyDevoted” sertifikatına layiq görülüb

Bakcell növbəti dəfə “SociallyDevoted” sertifikatına layiq görülüb

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 2017-ci ilin son rübü üzrə "SociallyDevoted” sertifikatı ilə təltif olunub.

Xüsusi analitik platforma vasitəsilə dünya üzrə məşhur şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqi ilə məşğul olan tanınmış "Socialbakers” şirkəti Azərbaycanda fəaliyyət göstərən şirkətlərin "Facebook” şəbəkəsində 2017-ci ilin 01 oktyabr tarixindən 31 dekabr tarixinə qədər olan fəaliyyətlərini nəzərdən keçirib. Bakcell böyük məmnuniyyətlə bildirir ki, həmin monitorinqin nəticələrinə əsasən, şirkət özünün rəsmi "Facebook” səhifəsinə daxil olmuş müraciətlərin 100%-nicavablandırıb. Səhifə 2017-ci ildə dörddəfəabunəçi sorğularının cavablandırılması üzrə "SociallyDevoted” sertifikatına layiq görülüb.

"Bakcell”in "Facebook” səhifəsinin 400 mindən artıq istifadəçisinin olması bu nailiyyəti daha da vacib və təqdirəlayiq edir.

Sosial media vasitələri məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və müştərilərin suallarının cavablandırılması baxımından "Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir.

Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti Bakcell şirkətinin ümumi fəaliyyətin prioritet istiqamətlərindəndir. Şirkətin müştəri məmnuniyyəti strategiyası dünyanın aparıcı şirkətləri və əhalinin bütün təbəqələrinin tələb və ehtiyaclarının nəzərə alınması ilə yanaşı yerli bazarın tələblərinə əsaslanır.

"Bakcell” abunəçiləri şirkətin həftənin 7 günü, günün 24 saatı ərzində abunəçilərə yüksək keyfiyyətli xidmət göstərən "555” Məlumat Mərkəzinə və ya sorğuların 100% cavablandırılmasını təmin edən "Facebook” səhifəsinə müraciət edə bilərlər.

Xəbər lenti