“Barselona” Neymarı qaytarmaq istəyir

“Barselona” Neymarı qaytarmaq istəyir

"Barselona” klubunun prezidenti Xosep Mariya Bartomeu hazırda "PSJ”nin şərəfini qoruyan Neymarı kluba geri qaytarmaq istədiyini bildirib.

7news.Az xəbər verir ki, bu barədə "Marca” məlumat yayıb.

"Ən yaxşı futbolçular İspaniya çempionatında çıxış edəndə bu mənə həqiqətən ləzzət edir. Əlbəttə ki, Neymarın "Barselona”ya geri dönməsinə çox sevinərdim”, - deyə katalon klubunun prezidenti bildirib.

Xatırladaq Neymar Fransa çempionatının səviyyəsindən və Parisdəki yaşayışdan narazı olduğu üçün "PSJ”ni tərk etmək qərarına gəlib. Mart ayının ortalarında onun atasının vasitəçiliyi ilə "Real”a keçidi ilə bağlı danışıqlara başladığı haqqında xəbərlər yayılıb.

İspaniyanın idman mətbuatı forvardın öz karyerasını "Barselona”da davam etdirəcəyi ehtimalının yüksək olduğunu yazır.

7news.Az

Xəbər lenti