Azərbaycan nefti kəskin bahalaşdı

Azərbaycan nefti kəskin bahalaşdı

Mayın 31-də keçirilən hərraclarda Azərbaycan neftinin qiyməti bahalaşıb.

7news.Az-ın məlumatına görə, "AzeriLight” markalı neftin bir barelinin qiyməti 2,15 dollar və ya 2,81% artaraq, 78,59 dollara satılıb.

"Brent” və WTI markalı neftin qiymətləri isə dəyərdən düşüb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,05 dollar və ya 0,07% azalaraq, 68,16 dollar olub.

ICE London qitələrarası birjasında "Brent” markalı neftin bir barelinin dəyəri isə 0,19 dollar  ya 0,25% azalaraq, 77,31 dollar təşkil edib.

7news.Az

Xəbər lenti