Toyda 11 nəfərin telefonunu oğurlamışdı - YENİDƏN...

Toyda 11 nəfərin telefonunu oğurlamışdı - YENİDƏN...
Sumqayıtda oğurluqla məşğul olan şəxs tutulub. 

7news.Az lent.az-a istinadən xəbər verir ki, Bakı-Quba yolu, H.Z.Tağıyev qəsəbəsinin ərazisində, "Azərkimya” İB-nə məxsus "Etilen-polietilen” zavodunun 12 saylı sahəsindən əlvan metal, mühərriklər, elektrik kabelləri və müxtəlif avadanlıqlardan sökülüb çıxarılan hissələri oğurlamağa cəhd göstərən şəxslərdən birini maddi subutla birlikdə iş başında yaxalanıb. O, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə təhvil verilib. Polis Bölməsində aparılmiş araşdırmalarla oğurluğa cəhd göstərərkən saxlanılan şəxsin H.Z.Tağıyev qəsəbəsi sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Elman Seyran oğlu olduğu məlum olub. Hadisə yerindən qaçmış digər şəxslərin saxlanılaraq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsində araşdırma aparılır.

Qeyd edək ki, cinayət başında yaxalanan E.Ələkbərov daha əvvəl də məhkumluq həyatı yaşayıb. O, Sumqayıtda toy mərasimində iştirak edən 11 nəfərin telefonunu oğurlayarkən kameraya düşmüşdü və keçən il tutulmuşdu.
 

7news.Az

Xəbər lenti