Bakının bir hissəsi susuz qalacaq

Bakının bir hissəsi susuz qalacaq

Paytaxtın  Nəsimi rayonu 1, 2, 3, 4, 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə 7news.Az-a "Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məhdudiyyət Mir Cəlal və Hüseyn Seyidzadə küçələrində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

7news.Az

Xəbər lenti