"Təmizdən təmiz, sadədən sadədir" - Deputatdan Vüsal Hüseynov haqqında xoş sözlər

7NEWS.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov sosial şəbəkələrdə rəhbərlik etdiyi quruma irad bildirən vətəndaşın sualını cavablayıb. Bir neçə gün əvvəl Günel Aşirova adlı istifadəçi Dövlət Miqrasiya Xidmətini və rəhbərini tənqid edərək status yazmışdı. Xidmət rəisinin sualı sosial media üzərindən şəxsən özünün cavablandırması birmənalı qarşılanmayıb. Yüzlərlə insan bu prosesi müsbət qiymətləndirib.

Məsələyə münasibət bildirən millət vəkili Elşən Müsayev Vüsal Hüseynovun özünəməxsus üslubu və tərbiyəsi olduğun deyib: "Vüsal Hüseynovla Milli Məclisdə həm eyni komitədə, həm AŞPA nümayəndə heyətinin tərkibində bərabər fəaliyyət göstərmişik. Bu həyatda bütün uğurlara öz zəhməti, gücü və zəkası ilə imza atan şəxsdir. Son dərəcə şəffaf tərcümeyi halı, özünəməxsus üslubu və tərbiyəsi var. Sadədən sadə, təmizdən təmizdir! Sahib olduğu dəyərlərə, iş prinsipinə əsla xəyanət etməz. Rəis təyin olduğu ilk gündən etibarən Miqrasiya xidmətini daha yüksək standartlara cavab verən və hamının razılıq edəcəyi quruma çevirmək üçün əlindən gələni edir, çaba göstərir. Hər kəslə ünsiyyətə açıqdır, təvazökardır, əsl peşəkardır və ən nəhayət: dövlət üçün son dərəcə yararlı və gərəkli kadrdır!

Bu yazını oxuyandan, ələlxüsus da əziz qardaşımın reaksiyasını görəndən sonra bir daha fərəhləndim, onunla qürur duydum! Vusal Hüseynovdan başqa cür münasibət gözləmək olmaz. Problem varsa, həll edəcək. Mütləq bir yolunu tapıb həll edəcək! Buna zərrə qədər şübhəm yoxdur.”

7NEWS.az

Xəbər lenti