Eyvazov və Netrebko Kremldə çıxış edəcəklər

Eyvazov və Netrebko Kremldə çıxış edəcəklər

Rusiya və Azərbaycanın Xalq artistləri Anna Netrebko və Yusif Eyvazov 2019-cu il iyunun 4-də Kreml sarayının səhnəsində çıxış edəcəklər.

7News.Az TASS agentliyinə istinadən xəbər verir ki, onlarla yanaşı, Andrea Boçelli və Olqa Peteryatko da birgə konsertə qatılacaq. 

Bununla bağlı konsertin təşkilatçısı olan "Berin Iglesias Art” şirkəti məlumat yayıb. 

"Bütün dünyadan tamaşaçıların qatılacağı möhtəşəm konsert musiqi tarixinə düşəcək. Bu konserti Qızıl meydanda Netrebko və Xvorostovskun konserti və ya 1990-cı ildə Romada baş tutan üç əfsanəvi opera ifaçısının – Dominqo, Karreras və Pavarottinin konserti ilə müqayisə etmək olar”, - konsertin prodüseri Maksim Berindeyib. 

Kreml sarayında klassik ariya ilə yanaşı, məşhur mahnılar ifa ediləcək. Konsert simfonik orkestr və xorun müşayiəti ilə keçiriləcək.

7News.Az

Xəbər lenti