Neft kəskin ucuzlaşdı

Neft kəskin ucuzlaşdı

Dünya bazarında neftin qiyməti ötən gün artdıqdan sonra bu gün yenidən kəskin azalıb.

7News.Az-ın məlumatına görə, 2017-ci ilin sentyabr ayından sonra neftin bir bareli 55 dollardan aşağı düşüb.

"Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 3,93 faiz azalaraq 54,99 ABŞ dollarına, "WTI” markalı neftin qiyməti isə Nyu-York birjasında 4,07 faiz azalaraq 46,21 ABŞ dollarına düşüb. Son dəfə bu göstərici 2017-ci ildə qeydə alınmışdı.

Əvvəlki hərracdakı beş faizlik azalmadan sonra ötən gün hər iki marka neft orta hesabla 3 faiz bahalaşmışdı.

7News.Az

Xəbər lenti