2019-cu ilin “avtomobil sürprizi” - BAHALAŞMA GÖZLƏNİLİR

2019-cu ilin “avtomobil sürprizi” - BAHALAŞMA GÖZLƏNİLİR

Vergi Məcəlləsinə 2019-cu il üzrə gözlənilən dəyişikliklərdə aksiz vergisinin 50% artırılması nəzərdə tutulur. Aksiz vergisi avtomobillərə də tətbiq olunduğundan bu halda avtomatik olaraq gömrük rüsumları bahalaşacaq. 

7News.Az xəbər verir ki, artıq layihə Məcəllə Milli Məclisə təqdim edilib və bu yaxınlarda müzakirəyə çıxarılacaq. 

Aksiz vergisi niyə arta bilər? 

Aksizlərlə bağlı bahalaşmanın qəbul edilməsi ehtimalı çox yüksəkdir, çünki aksiz markalanmasından keçən bütün məhsullar üzrə yerli istehsal mövcuddur və hökumət bu sahələri inkişaf etdirməyi hədəfləyib.

Konkret olaraq, avtomobil, maşın istehsalına toxunsaq, bu sahədə Azərbaycanda üç böyük zavod: Naxçıvandakı "NazLifan”, Neftçaladakı "KHAZAR” zavodu və Gəncədəki Maşınqayırma zavodunun da potensialını hesablasaq, yerli istehsal üçün kifayət qədər baza var. 

Üstəlik, ölkəyə idxal məhsullarının siyahısına baxsaq, Azərbaycandan valyutanın xaricə çıxmasında avtomobil, maşın avadanlıqları xüsusi çəkiyə malikdir. Gömrük Komitəsinin bu ilin 10 ayı üzrə hesabatına görə, ölkəyə 2 milyard 95 milyon 667 min dollarlıq statistik dəyərə malik maşınlar gətirilib. Beləliklə, bu sahə idxalda ən böyük paya malikdir: 22,65%. 

Yerli avtomobilləri satmaq hədəfi 

Əgər nəzərə alsaq ki, təkcə Neftçala Sənaye Məhəlləsində yerləşən "Azərmaş” ASC-nin illik istehsal gücü 10 min avtomobildir, bu halda daxili bazardakı maşınların satılmasının nə qədər vacib olduğunu anlamaq çətin deyil.

Məsələn, Azərbaycan-İran birgə müəssisəsi birinci mərhələdə "KHAZAR” brendi altında 2019-cu ilin sonunadək 6 min avtomobil istehsal etməyi planlaşdırır, bu avtomobil sayının böyük hissəsinin daxili bazarda satılmasını hədəflənib. Çünki müəssisə ildə iki min avtomobilin ixracını nəzərdə tutduğunu açıqlayır. 

Hələlik, avtomobilin ehtiyat hissələri ilə bağlı müəyyən çətinliklər var, ancaq 2019-cu ilin sonlarından etibarən bu avtomobillərin ehtiyat hissələrinin böyük bir qisminin də Azərbaycanda istehsal edilməsi nəzərdə tutulur. 

Bahalaşma olsa, qiymətlər 

Beləliklə, əgər aksiz vergisi üzrə 50% artımı Milli Məclis də təsdiqləsə, bu halda, hazırkı qiymətlər belə dəyişə bilər: 

Mühərrik həcmi:

2018-ci ildə, AZN ilə

2019-cu ildə, AZN ilə

2.0 litr

400

600

2.2 litr

1000

1600

2.5 litr

1900

3100

3.0 litr

3400

5600

3.5 litr

7400

12100

4.0 litr

11400

18600

4.5 litr

21400

36100

5.0 litr

31400

53600

5.5 litr

51400

88600

5.7 litr

59400

102600

Qeyd edək ki, hazırda avtomobilin gömrük dəyərinə 36% ƏDV, avtomobilin mühərrik həcmi, istehsal tarixi və ölkəsindən asılı olaraq, gömrük rüsumu və mühərrik həcmindən asılı olaraq aksiz vergisi hesablanır. 

Beləliklə, qarşıdakı ildə həm yeni avtomobil idxalçılarının təqdim etdiyi "salon avtomobilləri”nin, eləcə də, ikinci əl avtomobil bazarında qiymətlər qalxa bilər. 

7News.Az

Xəbər lenti