21 yaşlı əsgər narkotikdən dünyasını dəyişdi: Sən demə Qurban bayramından öncə... - FOTO

21 yaşlı əsgər narkotikdən dünyasını dəyişdi: Sən demə Qurban bayramından öncə... - FOTO
Türkiyədə hərbiçi narkotikdən dünyasını dəyişib. 

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müalicə üçün evinə gələn 21 yaşlı Furkan Gönültaş bir inşaatın zirzəmisində ölü tapılıb. 

İddiaya görə o, Qurban bayramından öncə ailəsinin yanına gəlib. Bayramdan bir gün əvvəl yoxa çıxıb. Oğlanlarının evə gəlməməsindən narahat olan ailə polisə müraciət edib. Aparılan araşdırmalardan sonra gəncin cəsədi Yazlıq dairəsi adlanan ərazidəki inşaatın zirzəmisində tapılıb. 

Gəncin cəsədi ekpertiza üçün morqa aparılıb. Ekpertizanın nəticəsinə görə 21 yaşlı gəncin narkotikdən öldüyü bəlli olub. 

Furkan Gönültaş cənazəsi ailəsinə təhvil verilib. 

21 yaşlı əsgər narkotikdən dünyasını dəyişdi: Sən demə Qurban bayramından öncə... - FOTO
 

7News.Az

Xəbər lenti