23 bağ evindən oğurluq edənlər saxlanılıb

23 bağ evindən oğurluq edənlər saxlanılıb

Sumqayıt Şəhər Polis İdarəsi Novxanı, Corat və Qurd Dərəsi bağlar massivində fərdi evlərdən silsilə oğurluqlar edərək insanlara külli miqqdarda ziyan vuran şəxslərin saxlanılması üçün xüsusi əməliyyat keçirilib. 

7news.Az DİN-ə istinadən xəbər verir ki, nəticədə bu cinayətləri törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri – Rüfət Abasəliyev və Tasim Dadaşov saxlanılıblar.

İlkin ifadələri zamanı dəstə üzvləri Sumqayıt şəhəri və ətraf ərazilərdə yerləşən 23 bağ evindən kondisionerlər, noutbuklar, elektrik naqilləri, metaldan hazırlanan müxtəlif növ məişət əşyaları, habelə təmir-tikinti alətləri oğurladıqlarını bildiriblər. Qeyd edək ki, dəstə üzvləri əsasən mütəmadi yaşayış olmayan evlərdən oğurluq ediblər.

 

Saxlanılan şəxslər oğurladıqları məişət əşyalarını Sumqayıt şəhəri ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə dəyər-dəyməzinə satdıqlarını və əldə edilən pulu aralarında böldüklərini bildiriblər. 

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 

 


7news.Az

Xəbər lenti