"23 yaşına qədər oğul böyüt, amansız ölüm alsın əlindən..."-Faciəvi şəkildə ölən idmançımızın anası

Livanda avtomobil qəzası nəticəsində dünyasını dəyişən idmançımız Xəzər Əliyevin anası onun yoxluğuna alışa bilmir.

Hər gün balasının məzarını ziyarət edən ana bircə oğlunun fotolarına baxıb ah-nalə edir. 

Oğul dərdi çəkən ananın fəryadını öz dilindən təqdim edirik:

"Ömrümün şah əsəri Xəzərim. Kaş zamanın təkəri geri dönərdi. Kaş həyatın acı hökmü olmayaydı. Ölüm - adı kimi özü də qaranlıq dünyadır. Hər şeyə son qoyur. Həyat çox acımasızdır. Talehin yazısına bax: 23 yaşına qədər oğul böyüt, amansız ölüm alsın əlindən. Hər gün dərin hisslərə qapanıram. Birdən dəli kimi oyanıram. İlahi, mən bir də Xəzəri görməyəcəyəm, bir də balamın səsini eşitməyəcəyəm. İçimdən dəli fəryad qopur. Aslan kimi oğulu itirdim. Özü də necə bir oğul. Hər bir valideynin arzuladığı ağıllı, ideal, mükəmməl bir övlad. Tanrı kişiyə xas olan ən gözəl keyfiyyətləri Xəzərin üzərində cəmləmişdi. Xəzər üçün gözəl xəyallar qurdum, xəyallar içimdə dondu. Oğlumla fəxr edirdim. Təəssüf ki, bütün arzular gözümdə yaşa döndü. 23 yaşında qısa bir ömür. Həyat dolu coşqun Xəzərim. Sənə nə qədər düşkün olduğumu bilirdin. Səni hər dəqiqə itirəcəyimdən qorxurdum. Hərdən mənə elə gəlir ki, səni kitablarda oxumuşam. Ən qiymətli əsərin qəhrəmanı kimi. Vətənpərvər, Azərbaycanını çox sevən Xəzərim...".

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Xəzər Əliyevi 27 avqust tarixində Beyrutda avtomobil vurub, nəticədə o, dünyasını dəyişib./big






7news.Az

Xəbər lenti