25 min adam eyni tablonu satın aldı

25 min adam eyni tablonu satın aldı

İspan rəssam Pablo Pikassonun "Döyüşçü büstü” adlı tablosu 25 min nəfər tərəfindən satın alınıb.

7news.Az xəbər verir ki, İsveçrədə ev əşyaları satan "Qoqa” adlı internet portal ən maraqlı satışlardan birini gerçəkləşdirib.

25 min istifadəçi təxmini 50 isveçrə frankı (84 manat) ödəyərək sənətçinin 1968-ci ildə yaratdığı əsərdən 40 mində bir hissə alıb.

Ümumilikdə 3 milyon 368 min 211 manata satılan əsərinin qeyri-adi satışını həyata keçirən  "Qoqa”nın rəhbəri Paskar Meyer dünya mədəniyyətini demokratikləşdirmək üçün belə bir addım atdığını deyib.

Noyabrda Cenevrdə Muzeyində sərgilənməsi planlaşdırılan tablonun sonrakı sərgi mərkəzini istifadəçilər müəyyənləşdirərək.

7news.Az

Xəbər lenti