37 il əvvəl dənizdə boğulan aktrisanın ölümündə əri şübhəli bilinir - FOTO

37 il əvvəl dənizdə boğulan aktrisanın ölümündə əri şübhəli bilinir - FOTO

Rusəsilli amerikalı aktrisa Natali Vudun 37 illik ölümündəki sirr pərdəsi aralanıb.

7News.Az axşam.az-a istinadən bildirir ki, 1981-ci ildə dünyasını dəyişən aktrisanın əri Robert Vaqner tərəfindən öldürüldüyü iddia edilir. "Şübhəli şəxs" qismində dindirilən Vaqnerin son 6 il ərzində qazandıqları şübhələri daha da artırıb. Detektiv Con Korina Robertin Natalini görən sonuncu şəxs olduğunu və onun digər şahidlərdən fərqli danışdığını deyib.

 

Xatırladaq ki, Natali Vud 1981-ci ildə 43 yaşında ikən əri Robert Vaqner və məşhur aktyor Kristofer Valkenlə birlikdə çıxdığı yaxta turu zamanı dənizə düşərək boğulub. Vudun ailə üzvləri onun dənizə təsadüfən düşmədiyini və bunun bir cinayət olduğunu iddia edərək faktların yenidən araşdırılmasını tələb ediblər.

37 il əvvəl dənizdə boğulan aktrisanın ölümündə əri şübhəli bilinir - FOTO

7News.Az

Xəbər lenti