4 binada UÇMA TƏHLÜKƏSİ - Sakinlər gecə saatlarında təxliyə olundu

4 binada UÇMA TƏHLÜKƏSİ - Sakinlər gecə saatlarında təxliyə olundu

8 mərtəbəli binanın girişində yaranan çatlar səbəbindən binada yaşayan əhali təhlükəsizlik məqsədilə təxliyə edilib.

 7News.Az xəbər verir ki, binanın birinci mərtəbəsində yaranan çatların səbəbi ərazidə qeydə alınan sürüşmə olub. Hadisə Türkiyənin Şişli bölgəsində qeydə alınıb. Gecə saatlarında Şişlinin Feriköy ərazisində həmin binaya yaxın olan daha 3 binada yaşayan insanlar təxliyə edilib.

Əraziyə Fövqaladə Hallar Nazirliyindən və İstanbul Böyükşəhər Bələdiyyəsindən gələn nümayəndələr baxış keçirib. Çatlara səbəb ərazidəki torpaq sürüşməsi olub. Xiasetmə briqadası tədbir məqsədilə bina sakinlərinin evlərində qalmasının riskli olduğunu deyib. Binaların uçma təhlükəsinin olduğu da istisna edilmir.

 

Bina sakilərinin sözlərinə görə, hadisə gecə saatlarında başlayıb: "Binanın arxa tərəfdən girişindəki sütunlardan qorxunc səs gəldi. Geri çevriləndə gördük ki, giriş dəhlizinin dəmir sütunları əyilir. Sütunların bir neçəsinin çatladığını görüb tez küçəyə qaçdıq. Dərhal müvafiq orqanlara xəbər verdik. Daha sonra bina mühasirəyə alındı və əhali binadan çıxarıldı. Bu binadan 18 mənzil boşaldıldı. Hazırda aidiyyəti orqanlardan cavab gözləyirik".

Hadisə ilə bağlı araşdırma aparılır.

7News.Az

Xəbər lenti