45 yaşlı kişi özünü doğradı - Sumqayıtda

45 yaşlı kişi özünü doğradı - Sumqayıtda
Sumqayıt şəhərində 45 yaşlı kişi intihara cəhd edib.
 
7news.Az xəbər verir ki, hadisə Sumqayıtın dəmir yolu stansiyası ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1973-cü il təvəllüdlü Taleh Zeynal oğlu Əliyev bədəninin müxtəlif nahiyələrinə kəsici alətlə ağır xəsarətlər yetirməklə intihara cəhd edib. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

7news.Az

Xəbər lenti