5-ci mərtəbədən atılan körpə, baxın, nəyin sayəsində sağ qaldı - Fotolar

5-ci mərtəbədən atılan körpə, baxın, nəyin sayəsində sağ qaldı - Fotolar

Taylandda qəribə hadisə baş verib.

 
7News.Az xarici mediaya istinadən xəbər verir ki, anası tərəfindən beşinci mərtəbədən atılan körpə uşaq sağ qalıb.

Məlumaa görə, onun sağ qalmasına səbəb banan ağacı olub. Belə ki, yüksəklikdən düşən uşaq banan ağacının yarpaqları ilə sürüşə-sürüşə yerə düşüb. 

Körpəni tapan bina sakinləri deyib ki, uşağın göbək bağı hələ üzərinə yapışıq olub və o, yarpaqlara dəyə-dəyə düşdüyü üçün üzərində sıyrıntılar olub.

Körpəni xəstəxanaya çatdıran polis məmurun sözlərinə görə, hazırda uşağın vəziyyəti yaxşıdır və onu yüksəklikdən atan ana axtarılır.





 
7News.Az

Xəbər lenti