50 yaşlı kişidən 13 yaşlı ögey qızına qarşı AĞLASIĞMAZ TƏCAVÜZ: 2013-cü ildən bəri...

50 yaşlı kişidən 13 yaşlı ögey qızına qarşı AĞLASIĞMAZ TƏCAVÜZ: 2013-cü ildən bəri...

Rusiyanın Başqırdıstan vilayətində 50 yaşlı Baymak rayon sakininə qarşı cinayət işi açılıb.

 7News.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, adı açıqlanmayan kişi ögey qızına qarşı təcavüzdə şübhəli bilinir. İstintaq nəticəsində məlum olub ki, kəndli 2013-cü ildən bəri həyat yoldaşının qızına təcavüz edib.

 

Əvvəlcə zərərçəkənin nənəsi polisə müraciət edərək nəvəsiylə atalığı arasında münasibətdən şübhələndiyini bildirib. İstintaq zamanı qızın gündəliyi ələ keçib. Gündəlikdə yazılanlar ən təcrübəli müstəntiqləri belə şoka salıb. Orada 13 yaşlı qızcığaz uzun illər pedofil atalığı tərəfindən başına açılan oyunları qeyd edib.

Faktla bağlı cinayət işi başlanıb. Qız gündəlikdə atalığı ilə aralarında olan münasibətləri xırda detallarına kimi yazıb. Gündəliyi incələyən müstəntiqlər təxminən 170 təcavüz epizodu sayıb. Uşağın bunu niyə indiyədək xəbər vermədiyi hələ ki, istintaqa məlum deyil.

 

7News.Az

Xəbər lenti