8 min rüşvət alan yol polis inspektorunun VİDEOsu yayıldı

8 min rüşvət alan yol polis inspektorunun VİDEOsu yayıldı

O, tutduğu əmələ görə daxili işlər orqanlarından uzaqlaşdırılıb

 

Yol polis inspektorunun rüşvət alma görüntüsü sosial şəbəkədə paylaşılıb. Pyatiqorskdan olan keçmiş yol polisi inspektoru Vadim Larionov 8 min rubl rüşvət aldığına görə, 2 il şərti cəza ilə cəzalandırılıb. Bu barədə Rusiya İstintaq Komitəsinin Stavropol əyaləti üzrə İstintaq İdarəsinin mətbuat xidmətindən bildiriblər.

İstintaq zaman sübut olunub ki, 16 fevral 2018-ci il tarixində yol polis əməkdaşı Vadim Larionov, Pyatiqorskda Sankt-Peterburq şəhər sakini olan sürücünü, qaşı zolağa çıxaraq qayda pozduğuna görə saxlayıb. Nə sürücü, nə də ki, inspektor cərimə protokolunun yazılmasını istəməyib və məsələni yerində həll etməyə razılaşıblar. Polis əməkdaşı qayda pozan sürücüdən 8 min rubl rüşvət alaraq onu buraxıb. Xidməti avtomobilində rüşvət alan Vadim Larionovun görüntülərini oradan keçən təsadüfi bir şəxs tərəfindən qeydə alınaraq sosial şəbəkədə paylaşılıb.

Görüntülər sübut kimi götürülüb.

Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra Rusiyanın Daxili İşlər Nazirliyinin Stavropol əyaləti üzrə Baş İdarəsinin əməkdaşları araşdırma aparıblar və nəticədə O, tutduğu əmələ görə  daxili işlər orqanlarından uzaqlaşdırılıb./Avtosfer.az

 


 

Xəbər lenti