8,5 tonluq peyk yerə düşür - Planet təhlükədə

8,5 tonluq peyk yerə düşür - Planet təhlükədə

Çinin "Tianqonq-1” (Cənnət sarayı) adlı kosmik stansiyası idarəetmədən çıxıb.

7news.az xarici KİV-ə istinadən xəbər verir ki, 8,5 ton ağırlığı olan peyk, hazırda atmosfer qatının 350 km hündürlüyündə hədəfsiz şəkildə hərəkət edir.

"Tianqonq-1” martda atmosfer qatına yaxınlaşacağı proqnozlaşdırılır. Bu zaman yüksək təzyiq və istilik qarşılaşacaq stansiyanın partlayacağı ehtimal edilir. Ortaya çıxacaq parçaların isə yerdə böyük təhlükələrə səbəb olacağı bildirilir.

Belə ki, ən az 100 kq-lıq hissələrə ayrılacağı ehtimal edilən peykin, yaşayış yerlərinə düşəcəyi təqdirdə böyük itkilərə səbəb olacağından ehtiyat edilir.

"Aerospace Corporation” adlı araşdırma şirkətinin mütəxəssisi Bill Aylor isə parçalanmış hissələrin okeana düşəcəyini hesablayıb.

Qeyd edək ki, "Tianqonq-1” istismar müddətini ötən ilin martında bitirib.

Xəbər lenti