9 yaşlı Ramalın ƏSGƏRƏ MƏKTUBU

9 yaşlı Ramalın ƏSGƏRƏ MƏKTUBU

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 116 dəfə pozub. Azərbaycanla Ermənistan arasında atəşkəsin bərpa olunması ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, aprelin 26-sı gecə saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini və qoşunların təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrini iri çaplı silahlardan – “Qrad” qurğuları, toplardan intensiv şəkildə atəşə tutublar. Nəticədə Ağdam rayonunun 1 sakini həlak olub, 4-ü ağır olmaqla 8 nəfər yaralanıb. Aprel ayının əvvəlində baş verən erməni təxribatlarının qarşısı cəsur Azərbaycan əsgərləri tərəfindən yüksək səviyyədə alındı.

Sevindirici məqam ondan ibarətdir ki, ölkə bütünlüklə mənəvi-psixoloji cəhətdən müharibəyə tam hazırdır. Son bir ayda baş verən hadisələrə məktəblilər belə münasibət bildirməkdən çəkinmirlər.

7News.az saytına şagirdlərdən, gənclərdən vətənpərvərliklə bağlı çoxlu saytda məktublar daxil olmaqdadır. Bu məktublardan biri olduqca diqqətimizi çəkdi.

9 yaşlı Ramal Əhmədzadənin “ƏSGƏRƏ MƏKTUB”u bütövlükdə cəmiyyətimizin vətənpərvərlik ruhunun təcəssümü kimi qiymətləndirilməlidir.

Məktubu olduğu kimi təqdim edirik:

“Salam Əsgər! Əsgər, sən məni heç vaxt görməmisən, elə mən də səni. Amma mən sən, oradakı əsgər yoldaşlarını qardaşım kimi çox istəyirəm. Mən sənə və onlara çox sağ ol deyirəm. Çünki siz bizi orada qorumasanız, biz burada rahat, isti yerimizdə yatıb, küçədə qorxusuz gəzə bilməzdik. Mən fəxr edirəm ki, Azərbaycan ordusunun sizin kimi qorxmaz, şücaətli və cəsur əsgəri var. Mənim də ən böyük arzum sizin kimi əsgər olmadır. Erməni vəhşilərinin törətdikləri münasibət haqqında çox oxumuşam. Söz verirəm ki, bu vəhşiliklərin intiqamı alınacaq. Torpaqlarımız geri qayıdacaq”

7News.az

 

Xəbər lenti