Abituriyent valideynlərinin diqqətinə! - Video

Abituriyent valideynlərinin diqqətinə! - Video

Qəbul imtahanları öncəsi və sonrası abituriyentlərin əksəriyyəti çox böyük stress yaşayır. Bunun başlıca səbəbi valideyn faktorudur.

7news.Az XəzərXəbər-ə istinadən bildirir ki, bəzi valideynlər övladlarına psixoloji təsir edir ki, ali məktəb tələbəsi adını qazanmasa sanki dünya dağılacaq. Təsüflər olsun ki, bəzi valideynlər övladları üzərində etdikləri psixoloji basqının acı sonluqla nəticələnə biləcəyindən xəbərsizdirlər. Bu, bir çox hallarda intihara da səbəb ola bilər.

Psixoloq Elnur Rüstəmov valideynləri bu məsələdə həssas olmağa səsləyir. Onun sözlərinə görə, uşaqların ali məktəblərə hazırlanması yalnız fənn üzərindən yox, eyni zamanda psixoloji olaraq da lazımdır. Əks halda, acınacaqlı sonluq yaşamaq qaçılmaz olur.

 

Psixoloqun sözlərinə görə, xüsusən imtahan ərəfəsində valideyn-övlad münasibətləri maksimum həddə yaxşı olmalıdır.

Ümumiyyətlə, anlamaq lazımdır ki, imtahanda lazım olan balı toplaya bilməmək hələ hər şeyin sonu deyil.

 


7news.Az

Xəbər lenti