ABŞ-dan Makrona cavab: Suriya qərarımız dəyişməyib

ABŞ-dan Makrona cavab: Suriya qərarımız dəyişməyib

ABŞ-dan Fransa prezidenti Emmanuel Makronun "Trampı Suriyada qalmanın gərəkli olduğuna mən inandırdım” açıqlamasına dərhal cavab gəlib.

7news.Az-ın xəbərinə görə, Ağ Evin sözçüsü Sarah Sanders bildirib ki, ABŞ-ın, Tramp administrasiyasının Suriyadan geri çəkilmə ilə bağlı planı dəyişməyib.

"Prezidentimiz ABŞ əsgərlərini mümkün olan ən qısa müddətdə ölkələrinə geri qaytarmaq məsələsində israrlıdır. Bu planda, bu qərarda heç bir dəyişiklik yoxdur”, - deyə o əlavə edib.

7news.Az

Xəbər lenti