ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları qüvvəyə mindi

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları qüvvəyə mindi
ABŞ-ın maliyyə nazirliyi Moskvaya qarşı yeni sektoral sanksiyalar paketinin qüvvəyə mindiyini bildirib.

Sənəd 29 sentyabr tarixində Konqres tərəfindən qəbul edilib və Rusiyanın maliyyə və energetika sahələrinə aiddir. Qara siyahıya 278 hüquqi şəxs əlavə edilib.

Sanksiyalara əsasən, amerikan sanksiyaları altında olan rus şikrətlər tərəfindən ABŞ vətəndaşlarına kreditin verilmə müddəti qısaldılır.
Bundan başqa, Rusiya banklarına 14 gün müddətindən uzun müddətə bank əməliyyatları, maliyyə və digər sövdələşmələri yerinə yetirə bilməyəcəklər.
Rusiya enerji şirkətlərinin kreditləşdirilməsi 90 gündən 60 günə salınıb.

Rusiyaya neft axtarışı üçün lazım olan texnika və xidmətin tədarükünə qadağa tətbiq edilir./olke.az
 
7news.Az

Xəbər lenti