ABŞ koalisiyası Suriyada kəndi bombaladı: Ölənlər var

ABŞ koalisiyası Suriyada kəndi bombaladı: Ölənlər var

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyanın Əl-Xasake vilayətinin cənub-şərqindəki Tall əş-Şayir şəhərinə zərbələr endirib. 

7news.Az "Sana” agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində yeddi nəfər həlak olub, bir neçə nəfər yaralanıb. 

Bu, Əl-Xasake vilayətində son aylar dinc sakinlərin həlak olması ilə nəticələnən ilk hadisə deyil. 

Belə ki, iyunun 5-də Daza kəndinin bombardmanı zamanı 10 nəfər, mayın 12-də Əl-Hamadi kəndinə hücum zamanı səkkiz nəfər, iyunun 11-də Xoveybariya kəndinə zərbələr zamanı isə 18 nəfər həlak olub. 

7news.Az

Xəbər lenti