ABŞ və Rusiya qırıcıları arasında təhlükəli manevr - Xəbərdarlıq atəşi açıldı

ABŞ və Rusiya qırıcıları arasında təhlükəli manevr - Xəbərdarlıq atəşi açıldı

ABŞ Hərbi Hava Qüvvələrinin "F-22” qırıcısı və Rusiya Hərbi Kosmik Qüvvələrinin "Su-25” döyüş qırıcısı arasında Suriyada gərgin anlar yaşanıb.

Bu barədə "The Independent” məlumat yayıb.

Nəşrin məlumatına əsasən, adı açıqlamayan amerikalı məmur əməliyyat zamanı "F-22” qırıcısının bir neçə istilik yayan yalançı hədəflər (siqnal raketlərinin xatırladan) atdığını, bundan sonra Rusiya "Su-25” təyyarəsinin ərazini tərk etdiyini bildirib.

Onun sözlərinə görə, Rusiya qırıcıları davamlı olaraq ABŞ-ın nəzarət etdiyi hava məkanına daxil olublar.

TASS-ın Rusiya Müdafiə Nazirliyinə istinadən məlumatına görə, ABŞ qırıcısı Rusiya döyüş təyyarəsi yaxınlaşan zaman ərazini tərk edib. Nazirlik Rusiya "SU-25”lərinin humanitar avtomobil kortecinin müşayət etdiyini də bildirib.

Qeyd edək ki, dekabrın 11-də Rusiya prezidenti Vladimir Putin qoşunların Suriyadan çıxarılması qərarını verib./qafqazinfo

 

7news.Az

Xəbər lenti