ABŞ vətəndaşlarına "Florens" qasırğası ilə bağlı xəbərdarlıq edildi

ABŞ vətəndaşlarına

ABŞ hökuməti ölkə vətəndaşlarını Atlantik okeanı sahillərinə yaxınlaşmaqda olan "Florens" qasırğasının təhlükəli olması barədə xəbərdarlıq edib.

7News.Az xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğaların Qarşısının Alınması üzrə Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, "Florens" qasırğası "çox təhlükəli" olacaq.

Məlumatda Şimali və Cənubi Karolina sahillərində həyati təhlükəsi olan fırtına dalğalarının gözləndiyi və daşqın ehtimalının olduğu qeyd edilib.

 

7News.Az

Xəbər lenti