Abşeronda ata oğlunun gözü önündə ölümcül bıçaqlanıb

Abşeronda ata oğlunun gözü önündə ölümcül bıçaqlanıb

Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

12 yaşlı oğlu ilə 26-cı məhəllədəki kafedən çıxan 1978-ci il təvəllüdlü Ağacanov Rauf Mamed oğlu yaşadığı evə gedərkən yolda Tərlan adlı tanışı ilə rastlaşıb.

Bu zaman qarşı tərəf R.Ağacanovun döş qəfəsinə, bədəninin müxtəlif nahiyələrinə və boğazına ümumilikdə 6 bıçaq zərbəsi vurub.

Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

7news.Az

Xəbər lenti