Ağcabədidə kabel oğrusu tutulub

Ağcabədidə kabel oğrusu tutulub

Ağcabədi rayonunda kabel oğurluğu ilə məşğul olan şəxs tutulub.

Ağcabədi Rayon Polis Şöbəsindən (RPŞ) "Report”un Qarabağ bürosuna verilən məlumata görə, şəhər icra nümayəndəliyi tərəfindən mərkəzi prospekt və küçələrinin işıqlandırılması üçün istifadə olunan 500 metrlik elektrik kabelinin naməlum şəxs tərəfindən oğurlanması barədə polisə məlumat verilib.

Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində elektrik kabelini kəsərək oğurlamaqda şübhəli bilinən rayon sakini İbrahim Hüseynov saxlanılıb. İ.Hüseynov ilkin dindirmə zamanı törətdiyi əməli etiraf edib. O, oğurladığı kabeli əridərək metal qəbulu məntəqəsinə satdığını bildiib.

Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

 

7News.Az

Xəbər lenti