Ağdamda iki avtomobil toqquşdu - Xəsarət alan var

Ağdamda iki avtomobil toqquşdu - Xəsarət alan var

Ağdamda yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Əhmədağalı kəndi ərazisində baş verib.

1985-ci il təvəllüdlü Gözəlov Tural Məhəmməd oğlu idarə etdiyi "VAZ-2106” markalı "02 BR 489” qeydiyyat nömrə nişanlı minik maşını ilə hərəkətdə olarkən "10 LZ 874” dövlət nişanlı "QAZEL” markalı maşınla toqquşub.

Nəticədə "VAZ” markalı maşının sahibi T.Gözəlov xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdam Polis Şöbəsində araşdırma aparılır./apa

7News.Az

Xəbər lenti