Ağdaş sakini dəmir parçasını həmyerlisinin qarnına soxdu

Ağdaş sakini dəmir parçasını həmyerlisinin qarnına soxdu

Ağdaş şəhər sakini küt alətlə endirilən zərbə nəticəsində xəsarət alıb.

1948-ci il təvəllüdlü yerli sakin Çingiz Əzizov rayonun mərəkəzi bazarı önündə 1966-cı il təvəllüdlü həmyerlisi Hacıyev Mənsur Çərkəz oğlu ilə mübahisə edib.

Bu zaman o, M.Hacıyevin qarın nahiyəsinə dəmir parçası ilə daxilə nüfuz edən xəsarət yetirib.

M.Hacıyev ətrafdakı insanlar tərəfindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./report

 

7News.Az

Xəbər lenti