Ağdaşda maşın inəyi vurdu: 3 nəfər yaralandı

Ağdaşda maşın inəyi vurdu: 3 nəfər yaralandı

Ağdaş rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Ləki-Pirəyir yolu ilə hərəkətdə olan "VAZ-2106” markalı avtomobil qarşısına çıxan iribuynuzlu heyvanı vurub.

 

Nəticədə Kotavan kənd sakinləri - sürücü Xəyal Şıxaliyev, atası Şıxaliyev Məhəmməd Zeynal oğlu və yaxın qohumu Əfsanə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan M.Şıxaliyevin vəziyyəti ağırdır. Bu səbəbdən onun paytaxt klinikalarından birinə göndərilməsi qərara alınıb.

Faktla bağlı araşdırma aparılır./report

 

7News.Az

Xəbər lenti