Ağdaşda məktəblinin intiharı ilə bağlı müəmma

Ağdaşda məktəblinin intiharı ilə bağlı müəmma

"Uşaq Ləki qəsəbəsində məktəbdə oxuyurdu. Qəsəbədə məscid var. Uşaq həmin məktəbə gedib dini biliklər alırdı. Amma başqa dini təriqətlərin təsirinə düşməkdən söhbət gedə bilməz. Ləkiylə Nehrəxəlil kəndi yaxın olduğu üçün uşaq ora gedirmiş".

7news.Az xəbər verir ki, bu fikirləri Ölkə.az-a açıqlamasında Nehrəxəlil kənd icra nümayəndəsinin müavini Ayaz Kərimov 2005-ci il təvəllüdlü kənd sakini Adıgözəlov İsmayıl Çingiz oğlunun ötən gün özünü asaraq intihar etməsinə münasibət bildirərkən səsləndirib.

A.Kərimov bildirib ki, İ.Adıgözəlovun dostları və sinif yoldaşları ilə bu barədə danışıb: "Sinif yoldaşları, dostları ilə dünən danışmışam. Onların dediyinə görə, İsmayıl boş vaxtında axundun yanına gedirmiş. Günortaya qədər məktəbdə oxuyurmuş, həftədə üç dəfə də dini təhsil alırmış. Axund Abdulxaliq Ağammədov onlara "Quran" dərsləri keçirdi. Orada hansısa təriqətin təsirindən söhbət getmir".

A.Kərimov istisna etmir ki, 12 yaşlı uşağın intiharına yaxınlıqdakı internet kluba getməsi də səbəb olub: "Uşaqlar deyir ki, boş vaxtlarında yaxınlıqdakı internet-kluba gedirmiş. Ola bilsin ki oradan da təsir alıb".

 

7news.Az

Xəbər lenti