Aeroportda 1 milyon dollarlıq telefon oğurlandı - FOTO

Aeroportda 1 milyon dollarlıq telefon oğurlandı - FOTO

Braziliyanın Rio de Janeyro şəhərindəki Qaleo beynəlxalq hava limanında 1 milyon dollarlıq mobil telefon oğurlanıb.

7news.Az Globo-ya istinadən bildirir ki, mütəşəkkil dəstə aeroportun yük terminalında Samsung Galaxy S9 Plus telefonları ilə dolu qutuları götürərək aradan çıxıb.

Üç cinayətkar aeroportun yükdaşıma xidmətinin əməkdaşları formalarını geyinmişdilər.

 

Onlar telefon qutularını maşına yüklədikdən sonra şəhərin cənubundakı Mare adlı gecəqondular rayonuna yollanıblar.

7news.az

Xəbər lenti