AFFA dörd klubu cərimələdi

AFFA dörd klubu cərimələdi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

7news.Az-ın Apasport.az saytına istinadən verdiyi məlumata görə, yığıncaqda Azərbaycan Premyer Liqasının IX turunun qarşılaşmalarında baş verənlər də müzakirə olunub.

Turun xoşagəlməz hadisələrini müzakirə edən komitə üzvləri müvafiq qərarlar verib. "Sumqayıt” – "Zirə” görüşündə hər iki komanda cəzalanıb. Buna klubların hərəsinin 4 oyunçusunun sarı vərəqə alması səbəb olub. Bu üzdən tərəflər hərəyə 800 manat cərimə ödəyəcək.

"Səbail” – "İnter” matçında meydan sahiblərinin məşqçisi Araz Qulamov texniki zona qaydalarını pozub. Bu üzdən texniki zonadan kənarlaşdırılan çalışdırıcı 1 oyun cəzalanıb və klubunu 800 manat ziyana salıb.

"Qəbələ” – "Qarabağ” görüşünün 86-cı dəqiqəsində meydan sahibinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə olunması da cəzasız qalmayıb. Klub 800 manat cərimə olunub.

7news.Az

Xəbər lenti