AFFA-nın avstriyalı sədri beynəlxalq oyuna təyinat aldı

AFFA-nın avstriyalı sədri beynəlxalq oyuna təyinat aldı

AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin avstriyalı sədri Frits Ştuxlik beynəlxalq oyuna təyinat alıb. 

7News.Az xəbər verir ki, o, UEFA Millətlər Liqası turnirinin B liqasının I qrupunda keçiriləcək Ukrayna-Çexiya oyununa təyinat alıb.

Oktyabrın 16-da Xarkov şəhərində keçiriləcək görüşdə Frits Ştuxlik hakim-inspektor funksiyasını icra edəcək.

7News.Az

Xəbər lenti