Afrin əməliyyatı davam edir - 947 terrorçu məhv edilib

Afrin əməliyyatı davam edir - 947 terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrində həyata keçirdiyi antiterror əməliyyatı zamanı məhv edilən terrorçuların sayı 947-yə çatıb. 

7News.Az Türkiyə Baş Qərargahının yazılı açıqlamasına istinadən xəbər verir ki, təkcə ötən gün 12 terrorçu zərərsizləşdirilib. Hərbi Hava Qüvvələri PYD-YPG və İŞİD terrorçularına məxsus 20 obyektə hava zərbələri endirib. Son əməliyyatlar zamanı Hac Bilal və Surki kəndləri də terrorçulardan təmizlənib. Qızğın döyüşlər zamanı daha 2 türk əsgəri şəhid olub. Baş nazir Binəli Yıldırım isə Kilisə səfər edərək, qərargah mərkəzinə baş çəkib, əməliyyatın gedişiylə maraqlanıb. O, bir neçə gün əvvəl terrorçuların raket zərbəsinə tuş gələn məscidə də baş çəkib.

Xəbər lenti