Afrindən sonra Türkiyə ordusu bu ərazilərə girəcək

Afrindən sonra Türkiyə ordusu bu ərazilərə girəcək
"İraqın Baş naziri Heydər əl-İbadi ilə görüşdüm. Biz Sincar bölgəsində və Kandil dağında PKK-ya qarşı birgə hərbi əməliyyatların keçirilməsi barədə razılığa gəldik. Vaxtı gələndə bunu həyata keçirəcəyik”.

7News.az Türkiyənin "Akşam” saytına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Zeytin budağı” əməliyyatı ilə bağlı keçirdiyi mətbuat konfransı zamanı belə deyib.

Mövlud Çavuşoğlu bildirb ki, həm Türkiyədəki, həm də Şimali İraqdakı kürdlərin bir nömrəli düşməni PKK-dır: "PKK İraq ərazisində kök salmaq istəyir. İraq üçün PKK və YPG ciddi bir təhlükədir. Bu məsələləri İraqın Baş naziri Heydər əl-İbadi ilə müzakirə etdik. Biz Sincar bölgəsində və Kandil dağında PKK-ya qarşı birgə hərbi əməliyyat keçirmək fikrindəyik”, - deyə Mövlud Çavuşoğlu qeyd edib.
 
7News.az

Xəbər lenti